bunyatzade.com
SEO Oyrenmek 2020

SEO öyrənmək üçün 12 əsas mənbə (2020)

Sosial mediada gördüyüm kimi yeni başlayanların ən çox verdiyi suallardan biri SEO öyrənmək üçün faydalı mənbələrdir. SEO öyrəndiyim zamanlarda ( hələdə davam edir) demək olarkı bir məlumatı bir necə mənbədən oxumuşam. Çoxu maraqlı amma uzun, bəziləri isə kifayət qədər dolu informasıya ilə faydalı mənbələrdir. Aşağıda sırası ilə hər birini və hansı mövzuda hansılar daha faydalıdır onları sizlərlə paylaşacaq istədim.


SEO öyrənməyə yeni başlamısınızsa, əvvəlcədən xəbardarlıq edim ki, başlamayın 🙂 Ya da çox səbirli olmağı öyrənməli, bir məqalədən digərinə keçərək bowserinizin 20 açıq oxunulacaq tabının olmasına hazır olmalısınız. Məqsədiniz ciddidirsə, buyurun. 

 

SEO-nu başlanğıc səviyyədən öyrənmək üçün əsas faydalı mənbələr aşağıdakılardır. 

  1. SEO starter Guide – əlbəttəki, Google-un öz webmaster yazıları
    Buradan Googlen rəsmi məqalələrini oxuyaraq bir çox terminləri və anlayışları başlanğıc səviyyədən öyrənə bilərsiniz.
  2. Mangools – Learn SEO in 2020 – Biraz sadə dildə izah ilə başlayım deyirsinizsə, ilk olaraq məsləhət görüləndir.

  3. Moz – The Beginner’s Guide to SEO  – mütləq oxumalı olduğunuz seo mənbələrindəndir.
    Ümumi olaraq Moz saytında yazılan bütün bloqlar sizin SEO karyeranızda çox faydalı məlumatlardır. Hətta bir çox məqalələri varkı suallarınıza cavab üçün real analizlər aparıb onun nəticələrini sizlərlə bölüşürlər.

  4. Moz Academy – Moz layihəsinin möhtəşəm və ödənişli video materialları.
    İçində bir birindən faydalı, çox maraqlı və ən lazımlı məqaların bölüşüldüyü video dərslər toplusudur. Ödənişli olsa da, oxumaq istəyənlər mənə müraciət edərsə, öyrnməyiniz üçün öz hesabımı verə bilərəm.

  5. Backlinko – How to Learn SEO In 2020oxuduqca oxuyacaq və çox sadə dildə və maraqlı vidoları ilə möhtəşəm mənbədir.
    Youtube kanalını izləyərək videolarını daha maraqlı və axıcı şəkildə izləyə bilərsiniz. Adam SEO haqqında çox deep olmasa da, rahatlıqla, izahlı və maraqlı danışır.

  6. Searchenginejournal – SEO for beginners – Bu mənbə də digərləri kimi yeni başlayanlar üçündür.  Amma məsələyə biraz daha izah verici yandan yanaşması var və çox faydalı ola bilər.

  7. Searchengineland – Master the science of SEO – Məsləyə biraz yaradıcı yanaşıb çox maraqlı izahlarla yazılar paylaşıblar.
    Sıxılmadan oxuya və yaradıcı fikirlərlə tanış ola bilərsiniz. 

Digər SEO haqqında maraqlı məqalə paylaşan mənbələr

  1. Ahrefs – SEO dostu bir alətdir və çox faydalı bloq yazıları və youtube videoları mövcuddur.
    Yuxarıda bu qədər önəmli bir saytı qeyd etməməyimin tək səbəbi mövzular ancaq Ahrefs analiz aləti ilə izah edilir və bu ödənişli bir “tool”-dur. Yeni başlayanlar üçün çox anlaşımaz ola bilər.

  2.  Semrush  –  Ahrefs kimi ödənişli analiz alətidir və PPC və SEO haqqında çox bloq yazılar mövcuddur.
    Youtube kanalını izləməyiniz şiddətlə tövsiyyə olunur )

  3. Varvy.com – çox bəyəndiyim yazıları olan bir saytdır. Tövsiyyə edirəm praktiki işlərini də paylaşıb.

  4. Школа SEO – Rus dilində SEO dərsləri axtaranlar üçün Youtube kanalı.

  5. Wordstream – çox yazıları biraz köhnə olsa da, çox faydalı məlumatlarda əldə edə bilərsiniz. 

Yuxarıda göstərilən mənbələr özümün oxuduğum və məsləhət bildiklərimdir. Bu saytların bəzilərindən hətta SEM, PPC, SMM haqqında maraqlı bloq yazılarıda oxuya bilərsiniz. 

Bloqum haqqında fikirlərini bölüş, sual ver