bunyatzade.com
SEO nedir

SEO nədir?

SEO ( Search Engine Optimization ) – axtarış sistemləri optimizasiyası deməkdir.
Bu termin bəzən sahibkarlar və müştərilər tərəfində daha çox CEO ( Chief Executive Officer ) ilə qarışdırılsada, tam fərqli sahələr olduğunu sonda da görəcəksiniz 🙂

SEO nedir

Qarışdırmamağınız üçün birdə belə  ifadə etmək istədim.  Fərq anlaşıldısa, keçək əsas məsələyə.

SEO nədir? Niyə bu qədər adı çəkilir?

SEO son illərin ən çox tələb olunan, adı çəkilən, bizim ölkədə isə hələ də “proqramistsən də hə?” kimi cavablarla qarşılaşdığımız bir sahədir. 2020-nin ən çox tələb olunan trend işlər siyahısına daxil olan SEO  – saytınıza axtarış sistemlərindən orqanik olaraq müştəri cəlb etmək sənətidir. Burada əsas məsələ saytınızın həmin Google, Yandex, Bing və s kimi axtarış sistemlərinin tələblərinə uyğun olaraq optimizasiya etməkdir. Şirkətinizin və ya öz bloq saytınız bu tələblərə nə qədər uyğun olarsa, sizi axtaran insanlarada bir o qədər daha rahat görünə və trafik əldə edə bilərsiniz. Trafik = Pul olan zaman isə bu SEO söhbəti çox dəyərli olmağa başlayır. Aşağıda göstərilən statistikalar isə bu işin nə qədər ciddi məsələ olduğunun göstəricisidir.

 

Bloqum haqqında fikirlərini bölüş, sual ver