bunyatzade.com
SEM Nedir

SEM nədir? SEM xidməti haqqında

SEM “search engine marketing”,  yəni  axtarış sistemi marketinqidir. Qısa ifadə ilə insanların axtarışları zamanı onların sorğularına uyğun çıxan reklmalardır. SEM vasitəsiylə uyğun açar sözlərdən öz saytınıza müştəri cəlb edə bilər, xidmətləriniz, məhsulunuz haqqında məlumatlandıra və satışlar edə bilərsiniz. SEM strategiyası ilə ən qısa vaxtda və az maliyyə ilə Google axtarış nəticələrində birinci çıxmaq mümkündür.

SEM reklamlarının üstünlükləri

SEO ilə uzun müddətli və qalıcı bir marketinq strategiyası həyata keçirilsə də, qısa və rahat yoldan nəticələr əldə etmək istəyənlərin hər zamankı seçimi SEM-dir. Burada əsas məsələ xidmətinizə uyğun satış edəcək açar sözləri tapmaq və düzgün strategiya ilə irəliləməkdir.

SEM xidməti zamanı diqqət edilməlidir

SEM haqqında yuxarıda qısa məlumat qeyd edilsə də, göründüyü qədər sadə də deyil. Burada əsas məsələ xərclədiyiniz pulun nə qədər effektiv olmasını təmin etməkdir. Yəni Google Ads optimizasiyalarına vaxt ayırmaq və düzgün açar sözlərlə işləmək, lazımsızları isə kənarlaşdırmaq lazımdır. Bundan əlavə olaraq xidmət göstərdiyiniz əraziyə uyğun dəyişikliklər etməli, yaratdığınız reklamları test edərək ən yaxşı nəticə göstərənlərlə davam edilməlidir.

SEM xidmətinin SEO-da əhəmiyyəti 

SEM haqqında ən çox verilən suallardan biri olduğu üçün bunu da qeyd etməyəyə bilməzdik.  SEO-ya təsir edən 200 faktorun içində əlbəttə ki SEM yoxdur. Amma əsas təsiri sizin rəqiblərinizdən üst sıralarda çıxaraq onların trafikini almağınızdır. Sizə müsbət təsir göstərməsə belə rəqiblərinizin trafikinə təsir edərək trafiklərini azaltmış olursunuz.

 

Bloqum haqqında fikirlərini bölüş, sual ver