Google Tag Manger Nədir?
-
- vbunyadzade
- Dekabr 1, 2020
- 453 views
- 0 comments
Google Tag Manager – adından da göründüyü kimi saytınız üzərindən taqları idarə etmək üçün bir Google alətidir. Bu alətlə saytınıza Google Analytics, Search Console, Ads taqlarını, Facebook Pixel və digər bir necə analiz alətlərinin taqlarını proqramistinizə ehtiyac qalmadan özünüz əlavə edə bilərsininiz.
Sayt üzərində taq əlavələrindən başqa bu alətin mobil tətbiqləriniz ( Android və İOS ) üçün də isitfadəsi mümkündür. Əgər saytınız e-ticarət saytıdırsa, daha çox köməyinizə gələn Tag manager sizin online satışınızı, istədiyiniz hər hansısa “event”-i, yəni müştərinin etdiyi hər hansı sizə vacib olan prosesi izləyinizə köməklik göstərir.
Bunun üçün isə sadəcə Tag manager hesabı yaradıb, kodlarını sayta əlavə etməlisiniz. Bu hissədə özünüz edə bilmirsinizsə, proqramistə ehtiyac olacaq 🙂
Google-un öz paylaşdığı bu linkdəki məlumatlar sizə bu prosesdə köməklik göstərəcəkdir. Tam anlayış üçün isə aşağıda xüsusi məqamları təkrar olaraq paylaşıram.